Solda palıd, sağda pavloniya — eyni gündə əkilib. İlləri irəli aparın. Rəqəmlər yaxşı sahə şəraiti üçündür; quraq və ya şoran torpaqda artım aşağı düşür.
Yaxşı sahədə birinci vegetasiyada. Sonrakı illərdə 1,5–2,5 metr.
Tir və mərtəbəaltı material üçün. Faner və mebel üçün 13–15 il.
Taxta üçün 4×4 metr sxemlə. Sıx biokütlə üçün 3×2 metr.
Kəsimdən sonra kötük yenidən pöhrə verir, təkrar əkin lazım deyil.
Bütün material Digahdakı ana plantasiyadan götürülür. Klon sortlar toxumdan deyil, seçilmiş ana ağacın kökündən çoxaldılır — sahə bir boyda çıxır.
Sahəni və məqsədi seçin — əkin sxemi, material sayı və təxmini məbləğ hesablansın. Bu, sifariş deyil, ilkin plandır.
Toxum variantında hesablama sahəyə deyil, kaset becərməsi üçün lazım olan toxum çəkisinə görə aparılır: cücərmə itkisi və seçim nəzərə alınmaqla hər son ting üçün təxminən 12 toxum götürülür.
Pavloniya toxumu toz kimi xırdadır və işıqda cücərir — torpağa basdırsanız, çıxmayacaq. Aşağıdakı dörd addım qaydadır, bizim tövsiyəmiz deyil; laboratoriya və istixana praktikası belədir.
Nəm qumda 4 °C-də 30–60 gün saxlayın. Bu, dərin olmayan fizioloji yuxunu qırır. Alternativ: otaq şəraitində quru saxlama, 5–6 ay.
Toxum cücərmək üçün işıq tələb edir. Nəm substratın üstünə səpin, yalnız şüşə və ya plyonka ilə örtün.
Optimal temperatur budur. Cücərmə bir-üç həftəyə başlayır, tarlada iki həftəyə qədər uzana bilər.
İki cüt əsl yarpaqdan sonra. Sahəyə çıxarmazdan əvvəl tinglər 25–40 sm olmalıdır.
Toxumdan yetişən sahə bircins olmur — hündürlük və gövdə forması ağacdan ağaca dəyişir. Bircins plantasiya lazımdırsa, klon material götürün.

Ana plantasiya, dördüncü vegetasiyaKök calağını idxal etmirik — 2014-cü ildə gətirilən ana materialdan öz sahəmizdə çoxaldırıq. Ona görə Abşeron şəraitində necə davranacağını sizə uydurmadan deyə bilirik.
Abşeronun duzlu-gilli sahəsində on iki ildir dayanır. Duz həddi keçəndə isə açıq deyirik: bu sahə pavloniya tutmaz.
Kök calağı yalnız seçilmiş, gövdəsi düz və xəstəliksiz ağaclardan götürülür. Hər partiyanın öz nömrəsi var.
50 hektardan yuxarı sifarişlərdə əkindən əvvəl torpağı və suvarma imkanını yerində yoxlayırıq.
On hektara sifariş vermək istəyirdim. Torpağı yoxlayandan sonra yeddi hektar satdılar — qalan sahədə tutmayacağını dedilər. İkinci ildir, sözləri düz çıxıb.
Kök calağı və açıq köklü ting yalnız yuxu dövründə — noyabrdan mart ayının sonunadək — göndərilir. Toxum və konteynerdə ting il boyu yola düşür.
| Zona | Əhatə | Müddət | Qiymət | Pulsuz həddi |
|---|---|---|---|---|
| 01 | Bakı və Abşeron Şəhər daxili, Sumqayıt, Xırdalan, Novxanı | sabahkı gün | 5 ₼ | 150 ₼-dən |
| 02 | Regionlar — kargo Bütün rayonlara, avtovağzal və ya kargo şirkəti ilə | 2–4 iş günü | 14 ₼ | 400 ₼-dən |
| 03 | Toxum — poçt Azərpoçt vasitəsilə, bütün ünvanlara | 3–5 iş günü | 4 ₼ | 80 ₼-dən |
| 04 | Sahəyə birbaşa 5 000 ədəddən yuxarı sifarişlərdə öz nəqliyyatımızla | razılaşma ilə | pulsuz | — |
Böyük sifarişlərdə sahənin ünvanını yazın — kargo deyil, öz maşınımızla gətiririk.
Kart məlumatları bizim serverə düşmür — birbaşa bank prosessinqinə gedir.
Təsdiq SMS-i telefonunuza göndərildi.